Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüş keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
“Klaar Azərbaycana ikigünlük səfərə gəlib”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, Klaarın səfəri planlı xarakter daşıyır. “Avropa İttifaqının xüsusi nümayəndəsinin regiona səfəri ATƏT-in Minsk qrupunun həmsədərlərinin səfərindən sonra baş tutur. Klaarın səfəri çərçivəsində onun Azərbaycanın rəsmi şəxsləri, həmçinin prezidenti İlham Əliyev ilə görüşləri nəzərdə tutulur”, - mənbə qeyd edib.
Onun sözlərinə görə, bazar ertəsi Əliyev və Klaar arasında görüşün keçirilməsi nəzərdə tutulur.
Xəbər verildiyi kimi, ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər ediblər. **
F.İsazadə