Bakı və Brüssel Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərini müzakirə edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Tuskun Azərbaycana səfəri planlaşdırılır. Səfər iyulun əvvəlində baş tuta bilər. Lakin səfərin tarixi hələ təsdiqlənməyib”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər səfərin tarixini və gündəliyini diplomatik kanallar vasitəsilə razılaşdırırlar.*
F.İsazadə