2019-cu il mayın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 870,9 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, 2019-cu ilin yanvar-may aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 4,3% artıb.
May ayında AMB-nin valyuta ehtiyatları 1,4% və ya $81,9 mln. artıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.**
Ə.Məmmədov