Azərbaycan şirkətləri 2019-cu ilin 5-9 oktyabr tarixlərində Almaniya Federativ Respublikasının Köln şəhərində keçiriləcək «Anuga 2019» ərzaq sərgisində təmsil olunacaq.
“Qida sənayesi sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti Köln şəhərində keçiriləcək "Anuga 2019" ərzaq sərgisində vahid ölkə stendində iştirak edəcək”, - deyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
İştirakçılar müsabiqə əsasında seçiləcək.
Sənədlər 1 iyul 2019-cu il tarixinədək təqdim olunmalıdır. Müsabiqə 12 iyul tarixində təşkil olunacaq.
Seçim meyarları bunlardır: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması.*
B.Rüstəmbəyov