Azərbaycan prezidenti İlham Əliyev Astara rayonunda torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırılması məqsədilə 2,3 mln. manat aylrmağı tapşırıb.
Vəsait baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlər üçün 36 mənzilli yaşayış binasının tikintisinə yönəldiləcək.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə ayrılacaq.
Müvafiq sərəncam bazar ertəsi dövlət başçısınəın saytında dərc olunub. **
F.İsazadə