Gəncə Şəhər İcra Hakimiyyəti şəhərdə çoxmənzilli binaların dam örtüyünün təmiri əvəz olunmasına 2,5 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında qeyd olunan məlumata əsasən, «OASA» MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 2 mln. 435 min manat təşkil edir.
Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin fevral ayında 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmirinə 21 mln. 685,83 min manatın ayrılmasını tapşırıb.
Sərəncama əsasən, Sumqayıtda 263, Gəncədə - 50, Şirvanda – 30, Şəkidə - 28, Qazaxda – 8 çoxmənzilli binanın dam örtüyünün təmiri nəzərdə tutulur.
Təmiri həyata keçiriləcək dam örtüyünün ümumi sahəsi 434,879 min kvadrat metr təşkil edir. **
B.Rüstəmbəyov