Ötən il Rusiya tərəfi Azərbaycana 40 ədəd Piyadanın döyüş maşını (PDM) tədarük edib. Bu barədə BMT-nin Adi Silahlar Registrinin (UNROCA) məlumatında deyilir.
Hesabata əsasən, 2018-ci ildə RF Hindistana 1250 ədəd idarə olunan raket və onlar üçün işə salma quröusu tədarük edib. Məlumata əsasən, ehtimala görə, söhbət “Refleks” idarə olunan raketlərdən gedir.
Bundan əlavə, Hindistan Rusiyadan 80 ədə daşınan zenit raket kompleksi əldə edib.
BMT-nin Adi Silahlar Registrinin saytında Rusiya Federasiyasının 2018-ci il ərzində rəsmi hesabatından məlumatlar dərc olunub. **