Gəncə Şəhər İcra Hakimiyyəti küçə işıqlandırma sisteminin yenidən qurulmasına 982 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, Gəncə Şəhər İH qeyd olunan işlərin həyata keçirilməsi məqsədilə “Gəncə Cihazqayırma zavodu” ASC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 981,7 min manat təşkil edir.
“Gəncə Cihazqayırma zavodu” ASC 2003-cü ildə “Abşeron” Elmi-İstehsalat müəssisəsi kimi yaradlılıb. 2009-cu ildə müəssisə zavoda çevrilib. **
N.Abbasova