Şəmkir rayon İcra Hakimiyyəti avtomobil yollarının əsaslı təmiri və rayonda abadlaşdırma işlərinin həyata keçirilməsinə 1,4 mln. manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına əsasən, Şəmkir rayon İH qeyd olunan işlərin icrasına dair iki müqavilə imzalayıb. Müqavilələrin dəyəri 1 mln. 413,777 min manat təşkil edib.
789,368 min manat məbləğində birinci müqavilə «GREAT VAY» MMC ilə imzalanıb.
624,408 min manat məbləğində ikinci müqavilə «SH İMPROVEMENT» MMC ilə imzalanıb. **
B.Rüstəmbəyov