Azərbaycan Prezidenti İlham Əliyev iyunun 11-də Bakıda ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli ilə görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Tərəflər Azərbaycan-ATƏT Parlament Assambleyası əlaqələri, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Görüşdə Azərbaycanda iqtisadi inkişafın sabitliyə xidmət etdiyi vurğulandı, Bakıda mühüm beynəlxalq təbirlərin keçirilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün önəm daşıdığı bildirildi. **
R.Babayev