İyunun 28-də Bakıda keçiriləcək “Azərbaycanda sığorta: tendensiyalar və perspektivlər” mövzusunda konfransda sığorta bazarının inkişafı məsələləri və bazarın rəqəmsallaşması istiqamətində addımlar müzakirə olunacaq.
“icbari sığortanın bir neçə istiqamətinin inkişafı, həmçinin kənd təsərrüfatı sığorta sistemində islahatların aparılması, bazarın digitallaşması və ümumi modernizasiya istiqamətində addımlar inkişafın əsas həlləridir”, - tədbirin təşkilatçılarından olan “XPRIMM”in məlumatında qeyd olunur.
Hazırda Azərbaycanın sığorta bazarı sürətli bərpa prosesindədir, yeni artım nöqtələrinin inkişafına cəhd edir. 2018-ci ildə yerli sığortaçıların ümumi haqları təqribən 728 mln. manata çatıb (illik ifadədə +30,7%).
“Konfransda Avropa, Rusiya və MDB, Qafqaz regionu, Türkiyə və Yaxın Şərq ölkələrindən sığorta və təkrarsığorta sahəsində ekspertlər Azərbaycan bazarının inkişafının stimullaşdırılması üsullarını daha yaxşı anlamaq, həmçinin bazar modernizasiyası imkanlarındanm istifadə etməklə işgüzar tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi məqsədilə bölgədə son tendensiyaları müzakirə edəcəklər”, - məlumatda vurğulanır. **
A.Əzizov