ATƏT Parlament Assambleyası Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlıdır. Bunu təşkilatın prezidenti Georgi Tsereteli deyib.
“ATƏT məkanında mövcud problemlərin çözülməsində qarşılıqlı dialoqun aparılması vacib məsələlərdəndir. Təşkilat gələcəkdə də bu sahədə səylərini əsirgəməyəcək”, - deyə o, Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə bildirib.
“Azərbaycan ATƏT-lə əməkdaşlığa böyük önəm verir”, - deyə O.Əsədov qeyd edib.
Spiker təşkilata üzv dövlətlərin üzləşdiyi problemlərin həllində qurumun gələcəkdə daha yaxından iştirak edəcəyinə, qətiyyətli və ədalətli mövqe sərgiləyəcəyinə inamını ifadə edib.*
R.Babayev