“Bakı Metropoliteni” QSC "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 10 ədəd “81-765. B81/766.B” modelli vaqon alıb. Bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında deyilir.
““Metrovaqonmaş” ASC ilə bağlanmış müqaviləyə əsasən, bu ilin sonunadək 30 ədəd “81-765. B81/766.B” modelli vaqonun istehsalı nəzərdə tutulur. 10 vaqon artıq Azərbaycandadır və sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək”, - deyə məlumatda bildirilir.
Yeni vaqonlar əvvəlki nümunələrindən fərqlənir. Bu vaqonların qapıları daha enlidir, orijinal qrafikalı işıq sxemi isə yerli informasiya sisteminə uyğunlaşdırılıb.
2019-cu il yanvarın 30-da “Bakı Metropoliteni” QSC ilə ““Metrovaqonmaş” ASC arasında “81-765. B81/766.B” modelli vaqonların istehsalı haqqında müqavilə bağlanıb. Müqavilə bu ilin sonunadək Bakı Metropoliteni üçün 6 ədəd 5 vaqonlu qatarın tədarükünü nəzərdə tutur.*
N.Abbasova