Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbətiiclası iyunun 17-18-də Bakıda keçiriləcək. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbətiiclası iyunun 17-18-də Bakıda keçiriləcək. Bu, uzun bir prosesdir. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında demarkasiya üzrə danışıqlar 3-5 il davam edə bilər”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavini əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında demarkasiya prosesi durmadan davam edir.*
F.İsazadə