2018-ci ildə "Baku Crystal Hall" MMC-nin xalis mənfəəti 2017-ci ildə qeydə alınmış 10 mln. 460 min 237,54 manat məbləğində xalis zərərə qarşı 2 min 183,3 manat təşkil edib.
Cəmiyyətin dərc olunmuş maliyyə hesabatına əsasən, 2018-ci ildə onun əməliyyat gəlirləri 4 mln. 742 min 320,23 manat (artım 12,8 dəfə), əməliyyat xərcləri 4 mln. 739 min 591,1 manat (azalma 56,3%) təşkil edib.
Ötən il "Baku Crystal Hall" MMC-nin əməliyyat mənfəəti 2 min 729,13 manat, mənfəət vergisi üzrə ödənişləri 545,83 manat məbləğində olub.
Hesabat ilində cəmiyyətin aktivləri 1,2% - 174 mln. 328 min 515,22 manatadək azalıb, qısamüddətli aktivləri 3 mln. 624 min 215,85 manat, uzunmüddətli aktivləri 170 mln. 704 min 299,37 manat təşkil edib.
2018-ci ilin sonuna cəmiyyətin öhdəlikləri 72 min 541,95 manat (azalma 0,1%) məbləğində qiymətləndirilir.
1 yanvar 2019-cu il tarixinə "Baku Crystal Hall" MMC-nin kapitalı 174 mln. 255 min 973,27 manata, nizamnamə kapitalı 191 mln. 567 min 449,92 manata, yığılmış zərəri 17 mln. 311 min 476,65 manata bərabər olub.
Baku Crystal Hall - çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleks geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulub.
“Baku Crystal Hall” “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilib.*
A.Əzizov