“Azərsu” ASC Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 3-cü yaşayış massivi ərazisində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün podratçının seçilməsi üzrə tender elan edib. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri iyulun 29-dək qəbul olunur. Tender proseduru iyulun 30-da baş tutacaq.
Telefon: (+99412) 431-47-67/87 (daxili: 1033). Əlaqələndirici şəxslər: İlqar Tağıyev, İntizam Novruzov.*
N.Abbasova