2019-cu ilin əvvəlindən Azərbaycanın vergi sistemində aparılan islahatlar dövlət büdcəsinə vergi daxilolmalarının artmasına gətirib çıxarıb. Bu sözləri vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.
"Cari ilin əvvəlindən vergilər sahəsində aparılan islahatlar nəticə verir. Bu islahatlar vergi daxilolmalarının artmasına imkan yaradıb. Xüsusilə bu ilin 4 ayının yekunları üzrə vergi daxilolmaları 9,4% artıb", - deyə X.Abdullayev bu gün Bakıda keçirilən III Milli Mühasiblər Forumunda bildirib.
Onun sözlərinə görə, cari ilin yanvar-aprel aylarında neft-qaz sektorundan vergi daxilolmaları 18,3% artıb.
Qeyri-neft sektorunda vergi daxilolmaları üzrə proqnoz 116% yerinə yetirilib.
Müşavir qeyd edib ki, ümumi vergi yığımlarında qeyri-neft daxilolmalarının payı 62%-dən 67%-dək artıb.
X.Abdullayev deyib ki, bütün bunlar şəffaflığın artması, kölgə iqtisadiyyatının səviyyəsinin aşağı düşməsi sayəsində mümkün olub.
O əlavə edib ki, şəffaflığın artması ilə vergitutma bazası genişlənir ki, bu da daxilolmaların artmasına səbəb olur.*
B.Rüstəmbəyov