2019-cu ilin may ayında Azərbaycanda deflyasiya aprel ayında qeydə alınmış 0,4% səviyyəsində inflyasiyaya qarşı 0,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“May ayında deflyasiya 0,4% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməyib”, - deyə məlumatda bildirilir.
May ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,4% (cari ilin aprel ayının sonuna 2,4%) təşkil edib. Ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% bahalaşıb.
Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.*
N.Abbasova