Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışında iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xatırladaq ki, prezident İ.Əliyev 2017-ci il dekabrın 29-da “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda şəraitin dözülməz olduğunu bildirmişdi. O qeyd etmişdi ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil. Prezident aidiyyatı dövlət qurumlarına ciddi tapşırıq vermişdi ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.*
N.Abbasova