Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 9-da Azərbaycana səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“D.Tuskun səfəri iyulun 9-da baş tutacaq. Hazırda tərəflər səfərin gündəliyinin razılaşdırılması prosesini yekunlaşdırır”, - deyə məlumatda bildirilir.*
F.İsazadə