Beynəlxalq Valyuta Fondu (BVF) bu gün Azərbaycan hökuməti ilə BVF-nin Nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələrə başlayıb.
“BVF-nin nümayəndə heyəti bu gün Azərbaycan hökuməti ilə fondun Nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələrə başlayıb. Məsləhətləşmələr iyunun 27-dək davam edəcək”, - deyə BVF-nin Bakı ofisinin rəhbəri Ağgün Qədirli “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
BVF sonuncu dəfə 2018-ci ilin mart ayında Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələr aparıb.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
A.Əzizov