1 yanvar 2019-cu il tarixinə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) aktivləri 952 mln. 341,956 min manat təşkil edir ki, bu da 2018-ci ilin əvvəlinə olan göstəricidən 3,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Aktivlərin strukturunda pul vəsaitləri və onların ekvivalentləri 105 mln. 404,342 min manat (azalma 19,1%), dövlət vekselləri 790 mln. 336,22 min manat (artım 0,15%) məbləğindədir.
Cari ilin əvvəlinə fondun öhdəlikləri 11 mln. 704,637 min manata (azalma 7,3 dəfə) bərabər olub. Ötən ilin sonuna öhdəliklərin strukturunda 11 mln. 693,237 min manat kompensasiya ödənişləri üzrə öhdəliklərin (2017-ci ilin sonuna 72 mln. 61,579 min manat) payına düşüb.
1 yanvar 2019-cu il tarixinə fondun sığorta ehtiyatlarının mənfi qiyməti 2017-ci ilin sonuna olan 427 mln. 934,176 min manata qarşı 334 mln. 955,245 min manat təşkil edib.
2018-ci ilin sonuna ADIF-ə əlavə kapital qoyuluşları 1 mlrd. 275 mln. 592,564 min manat məbləğində qiymətləndirilir.
ADIF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
B.Rüstəmbəyov