Azərbaycan və Türkiyə bu il 13 birgə təlim keçirəcək. Bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.
"Xüsusilə qeyd etmək istərdim ki, hərbi əməkdaşlıqda təlimlər xüsusi rol oynayır. Təlimlərin sayı hər il artır. Əgər 2018-ci ildə Azərbaycan və Türkiyə arasında 7 təlim keçirilmişdisə, 2019-cu ildə onların sayı 13-ə çatacaq", - deyə Z.Həsənov bu gün Qəbələdə gürcüstanlı və türkiyəli həmkarları ilə üçtərəfli görüşdən sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Gürcüstanı birgə təlimlərdə iştirak etməyə dəvət edir.
Nazir üçtərəfli formatda hərbi əməkdaşlığın uğurlu olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan terrorla mübarizədə Türkiyəni, eləcə də bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir.*
F.İsazadə