2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin ümumi xalis mənfəəti 96 mln. 917 min manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 54,3% çoxdur.
“Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən 1,56 min təsərrüfat subyekti (2017-ci illə müqayisədə artım 3,2%) 2018-ci ili mənfəətlə başa vurub. Onların ümumi mənfəəti 116,503 mln. manat (artım 1,3%) təşkil edib”, - deyə hökumətdən məlumat verilib.
81 müəssisə (azalma 15,6%) hesabat ilini ümumilikdə 19 mln. 588,3 min manat məbləğində zərərlə başa vurub.
2018-ci ilin yekunları üzrə bu sektorda gəlirlilik 20,1% (2017-ci ildə 14,1%) təşkil edib.
Ötən il kənd təsərrüfatı müəssisələrində orta hesabla 18,072 min nəfər çalışıb, onlara əmək haqqının ödənilməsi üçün ümumi xərclər 54,978 mln. manat təşkil edib.*
B.Rüstəmbəyov