Prezident İlham Əliyev və Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann bu gün Bakıda ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, ölkəmizdə gedən iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Prezident İ.Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni də qəbul edib.*
R.Babayev