Prezident İlham Əliyev Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 1 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sərəncam bu gün imzalanıb.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılıb.*
R.Babayev