Azərbaycanda hakimlərin sayının 800 nəfərədək artırılması planlaşdırılır. Bunu ədliyyə nazirinin müavini Toğrul Musayev deyib.
“Hələ 2006-cı ildə hakimlərinin sayı iki dəfə artırılaraq 600-ə çatdırılıb. Buna baxmayaraq, hər 100 min nəfərə 6 hakim düşür ki, bu da Avropa ölkələrinin orta göstəricisindən 3 dəfə azdır", - deyə T.Musayev bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda bildirib.
Onun sözlərinə görə, hakimlərin sayının kifayət qədər olmaması məhkəmələrin əlçatanlığını çətinləşdirən amildir.
T.Musayev əlavə edib ki, prezident İlham Əliyevin imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmana əsasən, hakimlərin sayının 200 nəfər artırılaraq 800-ə çatdırılması planlaşdırılır.*
F.İsazadə