Azərbaycan hökuməti iqtisadi islahatları davam etdirəcək. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
"Biz nail olduqlarımızla kifayətlənmək niyyətində deyilik və iqtisadi islahatları davam etdirəcəyik. İslahatlar təkcə "Doing Business" hesabatının əhatə etdiyi sahələrdə həyata keçirilməyəcək. İnfrastruktur, ətraf mühitin mühafizəsi, kapital adekvatlığı və makroiqtisadi sabitlik sahələrində də islahatların davam etdirilməsi planlaşdırılır", - deyə o, bu gün Azərbaycan-Aİ biznes forumunda bildirib.
Nazir müavini ötən il ərzində çoxlu sayda müxtəlif islahatların həyata keçirildiyini diqqətə çatdırıb. “Bunu şirkətlər də görür. Gömrük islahatları ilə bağlı müsbət rəylər eşitmək isə xüsusilə xoşdur", - deyə R.Məmmədov əlavə edib.*
Ə.Məmmədov