Rəqabət Məcəlləsinin layihəsi üzərində işlər yekun mərhələdədir, sənədin 2020-ci ildə qəbul edilməsi gözlənilir. Bu barədə İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda gələcək islahatların ən mühüm elementlərindən biridir. İndi Məcəllə üzərində işlər son mərhələdədir və biz onun 2020-ci ildə qəbul edilməsini gözləyirik", - deyə V.Qasımlı bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda qeyd edib.
O əlavə edib ki, islahatların əsas istiqaməti məhkəmə-hüquq sahəsinin inkişafı ilə bağlıdır. "Dövlət başçısı bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutan fərman imzalayıb", - deyə icraçı direktor vurğulayıb.
V.Qasımlı qeyd edib ki, bununla yanaşı, icbari tibbi sığortanın tam tətbiqi də vacibdir və bu prosesin də 2020-ci ildə baş tutacağı gözlənilir.*
Ə.Məmmədov