2018-ci ildə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsi $237 mln. təşkil edib. Bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib.
"Ötən il Azərbaycan və Aİ arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsi $237 mln. təşkil edib. Bu məbləğin $189 mln.-u kənd təsərrüfatı məhsullarının Azərbaycana idxalının, təxminən $48 mln.-u isə ölkədən ixracın payına düşüb", - deyə İ.Kərimov bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan yeni standartlar və sertifikatların, innovativ texnologiyaların tətbiq edilməsi hesabına kənd təsərrüfatı məhsullarının Aİ-yə ixrac həcmini artırmağı planlaşdırır.
Nazir əlavə edib ki, 2018-ci ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını 11% artırıb.*
Ə.Məmmədov