Yayın sonlarında Azərbaycanda Palçıq vulkanları üzrə Eksperimental Mərkəzin tikintisinə başlanması planlaşdırılır. Bu barədə Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid məlumat verib.
"Yayın sonlarında Palçıq vulkanları üzrə Mərkəzin tikintisinə başlanılması planlaşdırılır", - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumunda bildirib.
İcraçı direktor qeyd edib ki, belə mərkəzin tikintisinin nə qədər davam edəcəyi barədə məlumatlı deyil.
F.Zenqstşmid vurğulayıb ki, bu ilin yanvar-may aylarında Azərbaycana turist axını 3,8% artıb. Hesabat dövründə Avropadan turist axını üzrə artım 15% təşkil edib. “Yaxın Şərq və Orta Asiyadan da turistlərin sayında orta hesabla 8-9% artım müşahidə olunur”, - deyə o əlavə edib.*
F.İsazadə