Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərində yoxlamaların aparılacağı halların siyahısı genişləndirilib.
Dəyişikliklər bu gün dövlət başçısının saytında dərc olunub.
Dəyişikliklərə əsasən, sahibkarlıq subyektlərində yoxlamalar yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində də aparıla bilər.
Prezident İlham Əliyev 2015-ci il oktyabrın 26-da sahibkarlıq sahəsində yoxlamaların 2015-ci il noyabrın 1-dən iki il müddətinə dayandırılmasını nəzərdə tutan qanunu təsdiq edib. 2017-ci ilin noyabr ayında bu moratorium 2021-ci il noyabrın 1-dək uzadılıb.*
B.Rüstəmbəyov