“Omni World Holdings Limited” şirkəti (BƏƏ) Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində layihələrin reallaşdırılmasına $10 mln. sərmayə yatıracaq. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatında deyilir.
“Bu gün KOBIA və “Omni World Holdings Ltd” Bakıda Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən, BƏƏ şirkəti Azərbaycanda layihələrə $10 mln. sərmayə yatıracaq”, - deyə məlumatda bildirilir.
Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited” şirkətinin rəhbəri Erik Alfred Sayer imzalayıb.
Sənədə əsasən, “Omni World Holdings Limited” Azərbaycanda turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları və səhiyyə sahələrində layihələrin reallaşdırılmasına investisiya yatıracaq.*
F.İsazadə