Oğuz rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub. Bu barədə yerli mətbuat məlumat verir.
"Hyundai" markalı avtomobilin qadın sürücüsü İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək, avtomobili ağaca çırpıb”, - KİV qeyd edir.
Yol qəzası nəticəsində avtomobilin sürücüsü Elnarə Ağakərimova və daha bir qadın sərnişin həlak olublar.
“Avtomobildə olan daha 3 nəfər, həmçinin 9 yaşlı oğlan aldıqları ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar”, - mətbuatda vurğulanır. **
R.Babayev