Cari ildə Azərbaycanda 50 modul tipli məktəb istifadəyə veriləcək. Bunu təhsil naziri Ceyhun Bayramov deyib.
2019-cu ildə Azərbaycanda 100-dən çox modul tipli məktəbin tikintisi planlaşdırılırdı.
“Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcək”, - deyə C.Bayramov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O qeyd edib ki, 2017-2018-ci illərdə ucqar kəndlərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilib.
Nazir əlavə edib ki, bu il dövlət büdcəsindən təhsil sahəsinə 2,3 mlrd. manat ayrılacaq ki, bu da 2013-cü ilə nisbətən 60% çoxdur.
2018-ci ildə 43 rayonda 8,12 min şagird yerlik 140-dan çox modul tipli məktəb inşa edilib.*
R.Babayev