Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında növbəti görüş iyunun 20-də Vaşinqtonda keçiriləcək.
“E.Məmmədyarov və Z.Mnatsakanyan iyunun 20-də Vaşinqtonda görüşəcəklər.
“Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq”, - deyə XİN-in məlumatında qeyd olunur.
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi barədə razılıq may ayının sonunda həmsədrlərin regiona səfəri zamanı əldə olunub.*
F.İsazadə