İyunun 15-dən 18-dək Misirin turizm naziri Rania Al-Mashat Azərbaycanda səfərdə olacaq. Bunu Misirin Bakıdakı səfiri Adel İbrahim deyib.
“Al-Mashat iyunun 15-dən 18-dək Bakıda keçiriləcək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Azərbaycana gələcək”, - İdbahim “İnterfaks-Azərbaycan”a bildirib.
O qeyd edib ki, bu, “bir neçə illik fasilədən sonra nazir səviyyəsində Misirdən Azərbaycana ilk səfərdir”.
Son dəfə iki ölkənin nazirər səviyyəsində əlaqələri 2016-cı ilin baharında baş tutub. **
F.İsazadə