ATƏT “Xəzər dənizi egionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinə start verib.
Cümə günü Bakıda layihənin təqdimatı keçirilib.
Layihə çərçivəsində Bakı (Azərbaycan), Aktau (Qazaxıstan) və Türkmənbaşı (Türkmənistan) dəniz limanlarında avtomatlaşdırma və rəqəmsallaşdırma proseslərinin yol xəritələri, bərpa olunan enerji mənbələrnin istifadəsi imkanları üçün müvafiq texniki-iqtisadi əsaslandırma hazırlanacaq.
Həmçinin, dünyanın yaşıl limanlarının qabaqcıl təcrübəsinin öyrənilməsi üzrə regional seminarlar təşkil olunacaq.
Gözlənildiyi kimi, layihənin reallaşdırılması yüklərin aşırılmasını sürətlənməsi və ticarət dövriyyəsinin artımı, həmçinin vətəndaşlar tərəfindən sərhədi keçmək prosedurunu sadələləşdiriləcəyinə imkan yaradacaq.
ATƏT-in nümayandəsi Vuk Zugic təqdimatda məlumat verib ki, ümumi dəyəri 2,5 mln. avro təşkil edən layihə 3 ilə nəzərdə tutulur. **
B.Rüstəmbəyov