Azərbaycan yığması Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) reytinqində 2 pillə geriləyərək 110-cu yerdə qərarlaşıb. Reytinqin yenilənmiş versiyası bu gün FIFA-nın saytında dərc olunub.
İyun ayında Azərbaycan yığması Avro-2020-nin seçmə mərhələsi çərçivəsində iki oyun keçirib. Macarıstanla qarşılaşmada millimiz 1:3, Slovakiya ilə qarşılaşmada isə 1:5 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərinin mövqeləri belədir: Xorvatiya – 6-cı pillə, Uels - 23-cü pillə, Slovakiya – 31-ci pillə, Macarıstan - 42-ci pillə.
Reytinqə əvvəlki kimi Belçika yığması başçılıq edir. İlk onluğa Fransa, Braziliya, İngiltərə, Portuqaliya, İspaniya, Uruqvay, İsveçrə və Danimarka da daxildir.*
A.Əzizov