İyulda Yekaterinburqda Azərbaycan şərab evinin açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilir.
“İyulda Yekaterinburqda Azərbaycanın şərab evinin açılışı planlaşdırılır”, - Fonddan qeyd ediblər.
Rusiya, Azərbaycanın şərab evlərinin açıldığı ikinci ölkə olacaq. Hazırda Çində Azərbaycanın ixtisaslaşdırlmış şərab evləri fəaliyyət göstərir.
AZPROMO-dan qeyd ediblər ki, 2019-cu ilin ikinci yarısında Sankt-Peterburqda Azərbaycanın şərab evinin açılışı nəzərdə tutulur.
Hazırda Rusiya Azərbaycan şərablarının əsas ixrac bazarıdır. Azərbaycan 2018-ci ildə $7 mln. 561,96 min dəyərində şərab və üzüm suslosu ixrac edib. 2018-ci ildə bu ölkəyə $6 mln. 400,17 min dəyərində (artım 29,8%) 618,3 min dekalitr (artım 82,9%) şərab ixrac edilib
Yanvar-mart aylarında Azərbaycan $1 mln. 476,4 min dəyərində 101,87 min dekalitr şərab və üzüm suslosu ixrac edib. İxracın əsas həcmi Rusiyanın payına düşüb. Belə ki, 3 ay ərzində bu ölkəyə $1 mln. 270,53 min dəyərində (artım 10,7%) 96,67 min dekalitr (azalma 15,9%) şərab ixrac edilib. **
A.Əzizov