İsmayıllı rayon İcra Hakimiyyəti zəlzələ nəticəsində ziyan görmüş vətəndaşların evlərinin təmiri məqsədilə «Nial Construction» MMC və «Ismayilli Tikinti-27» ASC–ni cəlb edib.
İşlərin dəyəri 1,8 mln. manat təşkil edir. Şirkətin hər biri ilə 990 min manat məbləğində müqavilə imzalanıb.
Xəbər verildiyi kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Ətraf rayonlarda zəlzələ 5,3 bal gücündə hiss olunub. **
F.İsazadə