Hörmüz boğazı yaxınlığında iki tankerə hücumun arxasında İran durur. Bu barədə ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində bəyan edib.
“Bunu məhz İran edib”, - Tramp onun rəyinə görə bu hücum kim tərəfindən həyata keçirilib sualına cavabında bildirib.
O cümlədən, prezident bəyan edib ki, əgər İran neft ilə çox sayda tankerin keçdiyi Hörmüz boğazını bağlamaq qərarına gələrsə, bunu uzun müddət edə bilməyəcək.
“Bağlanarsa, bu uzun zaman davam etməyəcək”, - Tramp vurğulayıb.
Prezident İranın günahının olmasına dair sübut olaraq ABŞ mətbuatı tərəfindən dərc olunan vudeonu misal çəkib. Həmin videoda guya göründüyü kimi, İran HDQ kateri Yaponiyaya məxsus Kokura Courageous tankerinin gövdəsindən partlamamış minanı ayırır.
Xəbər verildiyi kimi, ötən cümə axşamı Hörmüz boğazı yaxınlığında Oman körfəzində iki tankerə hücum olub. Zərər görən tankerlər Yaponiya və Norveç şikətlərinə məxsus idi. Gəmilərin ekipajlarının bütün üzvləri təxliyə olunub.
ABŞ İranı hücumda ittiham edib. Lakin Tehran bu ittihamları qəbul etmir. **