Azərbaycan prezidenti İlham Əliyev güzəştli vergi rejimitətbiq edən ölkələrin yeni siyahısını təsdiq edib.
“Fərmana əsasən, bu ölkələrin sayı 40-dan 37-dək endirilib”, - “İnterfaks-Azərbaycan”a Vergilər Nazirliyindən məlumat verilir.
Xüsusilə, Antil adaları, Bəhreyn, Kosta-Rika, Men, Makao, Nauru, Seyşel və Gernsi adaları bu siyahıdan çıxarılıb.
Onları Fici, Kabo Verde, Tayland, Trinidad və Tobaqo əvəz edib.
O cümlədən, Andorra, Angilya, Antiqua və Barbuda, Aruba, Baham adaları, Barbados, Beliz, Bermud, BritaniyaVircinadaları, Cersi, Dominikan, Honkonq, Kayman adaları, Kuk adası, Qrenada, Libertiya, Lixtenşteyn, Maldiv adaları, Markal adaları, Monako, Montserrat, Nyui, Palau, Panama, Samoa, Sent-Lyusiya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Neviz, Tayvan, Vanuatu, Virciniya adaları, Terks və Kaykos adaları bu siyahıya daxildir.
Xəbər verildiyi kimi, 1 yanvar 2017-ciildən güzəştlivergitutulan ölkələrəvəərazilərə (offşorzonalara) aparılan ödəmələrdən10%dərəcə iləvergitutulur.
Məqsəd – Azərbaycanda offşor şirkətlər vasitəsilə müxtəlif sxemlərin istifadə etməklə gəlir və mənfəətini gizlədən şəxslərin müəyyən edilməsi və həmin əməliyyatlara vergi tətbiq etməkdir. **
A.Əzizov