Azərbaycan 2019-cu ilin yanvar-may aylarında ərzaq məhsullarının idxalını 15,2% - $632 mln. 998,87 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 551,443 min ton (artım 14,6%) buğdanın ($124 mln. 453,26 min), 169,86 min ton (artım 9,3%) meyvə-tərəvəz məhsullarının ($92 mln. 587,89 min), 20,292 min ton (artım 9,9%) ətin ($29 mln. 376,43 min), 56,657 min ton (azalma 20,1%) bitki və heyvan mənşəli yağların ($47 mln. 930,34 min) payına düşüb.
2019-cu ilin yanvar-may aylarında Azərbaycana $27 mln. 159,51 min dəyərində 5 min 434,94 ton kərə yağı (azalma 11,6%) idxal edilib.
Hesabat ayında Azərbaycana bütün idxalın 10,85%-i ərzaq məhsullarının payına düşüb.** N.Abbasova