Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün depozit hərracında 100 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank iyunun 18-də keçirilən hərracda 100 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 672,3 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,51% (10 iyun - 6,51%) təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 13 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
B.Rüstəmbəyov