Rusiya Federal Turizm Agentliyinin (“Rosturizm”) sədri Zarina Doquzova Azərbaycanla qarşılıqlı turist axınının inkişafının zəruriliyini qeyd edir.
“Ötən il 800 mindən artıq azərbaycanlı turist Rusiyaya səfər edib. 2018-ci ildə 700 mindən artıq Rusiyadan olan vətəndaş Azərbaycanda olub”, - Doquzova bu gün Bakıda keçirilən UNWTO İcraiyyə Komitəsinin 110-cu sessiyası çərçivəsində mətbuat konfransında bildirib.
O vurğulayıb ki, turizm müasir dünyanın bir çox problemlərini həll etməyə qadir olan potensiala malikdir.
“Biz turizmin inkişafında, həmçinin milyonlarla insanın həyat şəraitinin yaxşılaşması, yeni iş yerlərinin yaradılması, müxtəlif ölkələr arasında əlaqələrin qurulması mənasında böyük potensial görürük”, - Doquzova vurğulayıb. **
R.Babayev