RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu gün Ufa şəhərində bir sıra MDB ölkələrindən həmkarlarla ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı təhlükəsizliyin təminatı sahəsində əməkdaşlığın inkişaf planları müzakirə olunub. Bu barədə RF Təhlükəsizlik Şurası aparatının mətbuat katibi Yevgeni Anoşin jurnalistlərə məlumat verib.
“O cümlədən, N.Patruşev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ilə iki ikitərəfli görüş keçirib. Görüşdə güc idarələri və xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələri, o cümlədən cari ilin sonunadək təhlükəsizlik sahəsində əməkdaşlıq planı müzakirə edilib”, - Anoşin əlavə edib.
Görüşlər Ufada keçirilən Х yüksək təhlükəsizlik işçilərinin beynəlxalq görüşü çərçivəsində baş tutub. **