Qobustan rayon İcra Hakimiyyəti Qobustan şəhərində 48 mənzili yaşayış binasının tikintisi üçün podratçı seçir. Bu barədə İH-nin elanında qeyd olunur.
Seçim açıq tender üsulu ilə keçirilir. Zəruri maliyyə və texniki imkanları olan şirkətlər iştiraka dəvət olunur.
Tenderdə iştirak haqqı – 200 manatdır.
Şirkətlərdən tender təklifləri iyulun 29-dək qəbul olunur. Tender proseduru iyulun 31-də baş tutacaq.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 7 may 2019-cu il tarixində Qobustan Rayon İcra Hakimiyyətinə Qobustan şəhərində yeni yaşayış binasının tikintisi üçün 3 mln. manat ayırmağı tapşırıb. Layihə Qobustan sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.
Qobustan sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş nin ehtiyat fondundan ayrılsın Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq. **
Ə.Məmmədov