Çinin Sankt-Peterburqdakı baş konsulu Qo Min bu ölkənin Azərbaycandakı yeni səfiri ola bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
O, Çinin Azərbaycandakı səfiri postunda Vey Cinhuanı əvəz edəcək.
"Xanım Minin iyulun ikinci yarısında, ikinci və ya üçüncü ongünlükdə Bakıya gələcəyi gözlənilir. Ancaq onun təyinatı ilə bağlı prosedur tamamlanmayıb. Diplomat Azərbaycanın Xarici İşlər Nazirliyinin aqremanını almalıdır", - deyə məlumatda qeyd olunur.
"Xanım Min son 4 il ərzində Çinin Sankt-Peterburqdakı baş konsulu vəzifəsində çalışıb. Bütövlükdə, diplomat 16 il ərzində Çini Rusiyada müxtəlif vəzifələrdə təmsil edib.*
F.İsazadə