“İrAero” aviaşirkəti Bakı-Yekaterinburq marşrutu ilə ilk müntəzəm reysi həyata keçirib. Bu barədə Yekaterinburqun “Koltsovo” aeroportunun mətbuat xidməti məlumat verir.
Aviaşirkət bu istiqamət ilə həftədə bir dəfə - çərşənbə axşamı “Sukhoi Superjet 100” təyyarələri ilə uçuşlar həyata keçirəcək. Uçuş müddəti 3 saat təşkil edir.
Məlumatda deyilir ki, “İrAero”dan başqa, “Ural Hava Yolları” aviaşirkəti də Azərbaycan paytaxtına uçuşlar həyata keçirir. Reyslər həftədə iki dəfə - cümə axşamı və bazar günü həyata keçirilir. **